Polkovnik DİN-də yüksək vəzifəyə təyin edilib
Tarix: 05-02-2022 15:48 | Bölmə: Cəmiyyət
Polkovnik DİN-də yüksək vəzifəyə təyin edilib

Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin bölmə rəisi polis polkovnik-leytenantı Vəli Qocayev vəzifəsindən azad olunub.

Məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə V.Qocayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

DİN-in Mətbuat Xidməti faktı “Report”a təsdiqləyib.




Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}