12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
Cəlilabadda ağır qəza: 3 nəfər ölüb, yaralılar var
Tarix: 05-02-2022 15:33 | Bölmə: Cəmiyyət
Cəlilabadda ağır qəza: 3 nəfər ölüb, yaralılar var

Cəlilabadda dəhşətli qəzada ölənlərin sayı 3-ə çatıb. 

Hadisə köhnə Ələt-Astara avtomobil yolunun 148 km-də, Cəlilabad rayonunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Astara istiqamətində olan "BMW" markalı minik avtomobili qarşı istiqamətdə hərəkət edən "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub. Daha sonra zərbənin təsirindən "VAZ 2107" markalı minik avtomobili əks istiqamətdən gələn "Atika" markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində 3 nəfər, Cəlilabad rayonunun Maşlıq kənd sakinləri - Adıgözəlov Tural İntiqam oğlu, Quliyev Mürsəl Alim oğlu və İsmayılzadə Qorxmaz Rahim oğlu hadisə yerində ölüb. Həmçinin  həmin kənd sakinləri - 1997-ci il təvəllüdlü Vəlizadə Kamran İbadulla oğlu, 1958-ci il təvəllüdlü Şahbazov Hacıbala Balabəy oğlu, 1994-ci il təvəllüdlü Eyvazov Cahid Təbiət oğlu və Cəlilabad şəhər sakini, 1982-ci il təvəllüdlü İsmayılov Balasər Həsən oğlu isə xəstəxanaya yerləşdirilib. Ölən şəxslərin "VAZ 2107" də olduğu bildirilir/Report. 

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}