12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
Sabaha olan hava proqnozu açıqlanıb
Tarix: 06-02-2022 12:01 | Bölmə: Cəmiyyət
Sabaha olan hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata əsasən gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 0-3° isti, gündüz 7-10° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 7-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 18°-dək şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.




Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}