Qarabağ zonasında daha 51,1 hektar ərazi minalardan təmizlənib
Tarix: 07-02-2022 11:02 | Bölmə: Cəmiyyət
Qarabağ zonasında daha 51,1 hektar ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Reyting.az-a verilən məlumata görə, fevralın 1-dən 5-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 7, tank əleyhinə 10 mina və 42 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 51,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.




Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}