"Azəriqaz” yanında İctimai Şuraya yeni sədr seçilib
Tarix: 07-02-2022 17:22 | Bölmə: Cəmiyyət
"Azəriqaz” yanında İctimai Şuraya yeni sədr seçilib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Reyting.az
“Azəriqaz”a istinadən xəbər verir ki, iclasda digər məsələlərlə yanaşı, Şura sədrinin seçilməsi də gündəliyə daxil edilib.

Belə ki, Şuranın yanvarın 18-də keçirilmiş iclasında Xəyal Bəşirov Şuranın sədrliyindən istefa vermişdi. Bugünkü səsvermənin nəticəsi olaraq “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi”nin sədri Elçin Salmanov yekdilliklə Şuranın yeni sədri seçilib.




Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}