ICMP itkin düşmüş şəxslərlə bağlı Azərbaycan və Ermənistanla məsləhətləşmələr aparıb
Tarix: 08-02-2022 12:23 | Bölmə: Cəmiyyət
ICMP itkin düşmüş şəxslərlə bağlı Azərbaycan və Ermənistanla məsləhətləşmələr aparıb

İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) regionda bu məsələ ilə bağlı dəstək imkanlarını qiymətləndirmək üçün həm Azərbaycan, həm də Ermənistan ilə ilkin məsləhətləşmələr aparıb.

Bu barədə ICMP-dən deyiblər.

Bildirilib ki, komissiyanın mandatı münaqişələr, insan hüquqlarının pozulması, təbii fəlakətlər, texnogen faciələr və qəsdən edilməyən digər səbəblər nəticəsində itkin düşmüş şəxslərin axtarışında və onlara yardım göstərilməsində hökumətlərin və hakimiyyət orqanlarının əməkdaşlığının təmin edilməsindən ibarətdir.

Daha əvvəl Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçmiş Yuqoslaviyadakı müharibədən sonra yaradılmış bu komissiya ilə əməkdaşlığın 4 mindən çox itkin düşmüş şəxsə malik Azərbaycan üçün faydalı olacağını demişdi.

ICMP 1996-cı ildə ABŞ Prezidenti Bill Klintonun təşəbbüsü ilə yaradılıb. Komissiyanın ilkin mandatı 1991-ci ildən 1995-ci ilədək baş vermiş hərbi əməliyyatlar nəticəsində itkin düşmüş 40 minədək insanı tapmaq olub.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər