Sabiq icra başçısının şikayəti icraata götürülüb
Tarix: 08-02-2022 13:32 | Bölmə: Cəmiyyət
Sabiq icra başçısının şikayəti icraata götürülüb

Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı İsmayıl Vəliyev, RİH-nin keçmiş başçısının birinci müavini Vurğun Əkbərov, RİH-nin ictimai-siyasi və humanitar məsələlər üzrə sabiq müavini Gültəkin Sadıqova, Memarlıq və Tikinti Şöbəsinin sabiq müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin keçmiş müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sabiq müdiri Anar Cəfərov və rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Telman Zahidovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Reyting.az
Report-a istinadla xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası fevralın 24-nə təyin edilib.

Şikayət hakim Kamil Bəşirovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, İ.Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Vəliyev 10 il, G.Sadıqova 6 il 6 ay, T.Zahidov 8 il 3 ay, Ə.Kərimova 8 il 6 ay, A.Cəfərov 8 il, V.Əkbərov 9 il və V.Nağıyev isə 8 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər