“Avrasiya" klinikası cərimələnib
Tarix: 08-02-2022 15:22 | Bölmə: Cəmiyyət
“Avrasiya" klinikası cərimələnib

Bakıda klinikaya cərimə protokolu yazılıb.

Məlumata görə, “Avrasiya" klinikası MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulması) inzibati protokol tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Babək Pənahovun icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Xatırladaq ki, İXM-nin 496.1-ci maddəsi ilə yazılmış protokola əsasən, fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir/Report.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər