Təhsil Nazirliyi: "Məktəblərdə dərslər dayandırılmayacaq"
Tarix: 08-02-2022 16:30 | Bölmə: Cəmiyyət
Təhsil Nazirliyi: "Məktəblərdə dərslər dayandırılmayacaq"

Ölkədə son günlər koronavirusa yoluxma hallarının artımı müşahidə olunur. Bu səbəbdən bir neçə gündür sosial şəbəkələrdə məktəblərin bağlanacağı ilə bağlı iddialar səsləndirilir.

Yayılan məlumatlarda məktəblərin fevralın 15-dən 2 həftəlik bağlanacağı bildirilir.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sekorunun müdiri Cəsarət Valehov qeyd edib ki, yayılan məlumatlar yanlışdır, hazırda bu məsələ müzakirə edilmir.

Xatırladaq ki, bir müddət öncə Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev də bildirmişdi ki, məktəblərdə yoluxma ilə bağlı vəziyyət nəzarət altındadır və məktəblərin tamamilə qapadılmasına ehtiyac görülmür.




Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}