Ekspertdən "Omikron"la bağlı açıqlama: "Mədə-bağırsaq sistemi daha çox pozulur"
Tarix: 09-02-2022 15:29 | Bölmə: Cəmiyyət
Ekspertdən "Omikron"la bağlı açıqlama: "Mədə-bağırsaq sistemi daha çox pozulur"

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “Omikron” ştamının əlamətlərindən danışıb.

Reyting.az
xəbər verir ki, o, “Omikron”un koronavirusun mutasiyalarından biri olduğunu və dünya ölkələrində də həmin ştamın müəyyən növləri olduğunu deyib.

O bildirib ki, “Omikron”da xəstəliyin gizli dövrü çox qısadır: “3-4 gün, nadir hallarda 5 gün çəkə bilər. Buna görə də karantin müddəti 7 günə qısaldıldı. Yoluxuculuq günlərinin sayı da azdır. Hətta bəzi ölkələrdə karantin müddəti 5 günə qədər azaldılıb. Əlamətlərdə də fərqlilik var. Yuxarı tənəffüs yollarının zədələnməsi mövsümi xəstəliklərin simptomları ilə oxşarlıq təşkil edir. Digər infeksiyalarda 38-39 dərəcə qızdırmalarda insanlar halsız olmurdusa, indi 37 dərəcə qızdırmada yorğunluq olur. Əvvəlki ştamlardakı iy, dad bilmənin itirilməsi yeni ştamda az müşahidə olunur. Mədə-bağırsaq sisteminin pozulması daha çox qeydə alınır. Bəzi xəstələrdə ilkin əlamətlər bu cür ola bilər”.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər