İnfeksionist: "Əgər "Delta” ştamında yoluxuculuq az idisə, “Omikron” ştamında vəziyyət fərqlidir"
Tarix: 09-02-2022 15:35 | Bölmə: Cəmiyyət
İnfeksionist: "Əgər "Delta” ştamında yoluxuculuq az idisə, “Omikron” ştamında vəziyyət fərqlidir"

"Bəzən insanlar koronavirusun əlamətləri yüngül olduğundan xəstəliyin ciddiyyətini qəbul etmirlər. Bu səbəbdən mövsümi alovlanma tendensiyasını müşahidə edirik".

Reyting.az
xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, "Omikron" ştamında yoluxuculuq qabiliyyəti yüksək olduğundan ailə üzvlərinin əksəriyyəti xəstələnir: "İnsanlar hesab edirlər ki, koronavirusa yoluxmayıblar. Əgər "Delta” ştamında yoluxuculuq az idisə, “Omikron” ştamında vəziyyət fərqlidir. Yəni ailə üzvləri özlərini tam qorumurlar. Əgər ailədə bir nəfər xəstəliyi evə gətirirsə və hamı xəstələnirsə, deməli, infeksiya eynidir”.

Ekspert bildirib ki, yaşlı nəsil və risk qrupuna aid olanlar daha çox peyvənd oldular: “Onların xeyli hissəsi xəstələnərək təbii immunitet qazanmış oldu. Hazırda ölkədə 12 yaşdan yuxarı olan yeniyetmələrə peyvənd icazəsi verilib. Məktəblər açılandan sorna təmaslar artdı, əvvəllər də mövsümlə əlaqəli infeksiyalar səbəbindən uşaqlar arasında xəstələnmə artırdı. İndi də həmin vəziyyətdir. Sadəcə koronavirus da öz təsirini göstərmiş olur.

Nəzərə alsaq ki, uşaqlar xəstəlikdən qorunmayan və peyvənd vurdurmayan təbəqə sırasında idi. Eyni zamanda yeni ştamlar mutasiyalara uğradığından hüceyrəyə daxilolma yolu da fərqlidir. Bir çox ölkədə 5 yaşdan yuxarı uşaqların peyvəndlənməsi tövsiyə olunub. Təəssüf ki, Azərbaycanda bu hal alqışlanmadı. Uşaqların həssas qrupa daxil olması onların xəstələnməsi hallarını qaçılmaz edir. Bütün hallarda isə uşaqlar böyüklərə nisbətdə yoluxmanı yüngül keçirir” 




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər