09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Bakıda yoxa çıxmış ağacın yerində yenisi əkilib
Tarix: 09-02-2022 16:05 | Bölmə: Cəmiyyət
Bakıda yoxa çıxmış ağacın yerində yenisi əkilib

Bakının Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində “Azadlıq Bağçalı evlər” adlı yaşayış kompleksinin hasarlanmış ərazisinin kənarındakı səkidə yoxa çıxmış ağacın yerində yenisi əkilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib ki, ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb:

"Araşdırma zamanı sözügedən ünvanda bioloji inkişafdan qalmış ağacın güclü külək nəticəsində aşdığı və 53 saylı Mənzil Kommunal İstismar Sahəsinin işçiləri tərəfindən götürüldüyü müəyyən edilib.

Xidmətin əməkdaşlarının nəzarəti altında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən aşmış ağacın yerinə şərq çinarı ağacı əkilib".




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq