Teymur Musayev: "Səhiyyə qurumlarının tranformasiya ofisi yaradılacaq"
Tarix: 10-02-2022 11:24 | Bölmə: Cəmiyyət
Teymur Musayev: "Səhiyyə qurumlarının tranformasiya ofisi yaradılacaq"

"Azərbaycan səhiyyəsinin keyfiyyətcə yeni müstəviyə qaldırılmasında orta və qısa müddətli addımlar nəzərdə tutulub".

Bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyi təkcə səhiyyə sektorunda deyil, digər aidiyyəti qurumlarla birlikdə fəaliyyət göstərir: "Bu sektorda fəaliyyətin daha da təkmilləşdirilməsi üçün lazımi addımların atılmasını labüd bilirik. Səhiyyənin keyfiyyətcə yeni müstəviyə qaldırılmasında orta və qısamüddətli addımlar nəzərdə tutulub".

Nazir bildirib ki, qısamüddətli hədəflər səhiyyə idarəetməsinin, effektiv səhiyyə sisteminin formalaşdırılması, eləcə də dövlət qurumlarla əməkdaşlığın aparılmasıdır.

T.Musayev ortamüddətli üsullara yerli dərman vasitələrinin və tibbi avadanlıqlarla təminatın aid olduğunu vurğulayıb/Report.

Nazirin sözlərinə görə, pandemiyanın ilk günlərindən başlayaraq vətəndaşların sağlamlığının qorunması əsas hədəflərdən biri olub: “Yeni tibb müəssisələri açıldı, tələb olunan müasir dərman vasitələri ölkəyə gətirildi, vaksin platformalarına əlçatanlıq tam təmin edildi”.

Nazir əlvaə edib ki, səhiyyə qurumlarının tranformasiya ofisi yaradılacaq: "Həmin qurumların səlahiyyətli nümayəndələri bu ofisdə təmsil olunacaq. Bu fəaliyyət bütün səhiyyə qurumları arasındakı münasibətləri optimallaşdiraraq vətəndaşların səhiyyə sistemindən məmnunluğunu təmin edəcək".

Reyting.az




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər