12:57 / 13-05-2024
Sabah yağış yağacaq
Bakıda küçədə məktəbli qıza sillə vuran şəxs saxlanılıb, cinayət işi açılıb - Video
Tarix: 11-02-2022 10:52 | Bölmə: Cəmiyyət
Bakıda küçədə məktəbli qıza sillə vuran şəxs saxlanılıb, cinayət işi açılıb

Sosial şəbəkələrdə ictimai qaydanı kobud surətdə pozaraq qadınlara (məktəbli qız) qarşı xuliqanlıq hərəkətləri törədən naməlum şəxs müəyyən olunaraq saxlanılıb.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, araşdırmalara müəyyən olunub ki, Yasamal rayon sakini, 1993-cü il təvəllüdlü Əhməd Hüseynov eyni xarakterli xuliqanlıq hərəkətlərini digər xanımlara qarşı da törədib.

O, ilkin ifadəsində törətdiyi əməlləri etiraf edib: "İctimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunmasının tərkib əlamətləri olduğundan fakta görə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə istintaq hərəkətləri aparılır.

"Əhməd Hüseynovun əməllərindən zərərçəkmiş başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər".





Bölməyə aid digər xəbərlər
Bu gün, 12:57 Sabah yağış yağacaq
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}