18:09 / 11-04-2024
Bakıda qətl törədilib
Məktəb direktorları və müavinlərinin maaşları artırılıb - Qərar
Tarix: 22-03-2018 13:01 | Bölmə: Cəmiyyət
Məktəb direktorları və müavinlərinin maaşları artırılıb

Azərbaycanda dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin vəzifə maaşları artırılıb.

Bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara əsasən, Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 535 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 482 manat müəyyən edilib. Əvvəllər direktorların vəzifə maaşı 486, müavinlərinin isə vəzifə maaşı 435 manat olub.

Qərar 2018-ci il martın 1-dən qüvvəyə minib.(Report)




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq
6-04-2024, 12:39 Sabah yağış yağacaq
5-04-2024, 13:01 Sabah yağış yağacaq

{sape_links}{sape_article}