13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Azərbaycanın bəzi rayonlarına qar yağır - Fotolar
Tarix: 04-12-2022 11:12 | Bölmə: Cəmiyyət
Azərbaycanın bəzi rayonlarına qar yağır

Dekabrın 3-ü axşam saatlarından başlayaraq Daşkəsən, Göygöl və Gədəbəy rayonlarına qar yağır.

Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini Elmar Əliyevin Reyting.az-a verdiyi məlumata görə, ucqar kəndlərə nisbətən rayon mərkəzində daha az müşahidə edilən qar heç bir fəsada yol açmayıb.

Yağan qar örtüyünün qalınlığı Daşkəsən rayon mərkəzində az olsa da, daha yüksəklikdə yerləşən Xoşbulaq, Qaraqullar, Təzəkənd, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi ucqar dağ kəndlərində 15-25 santimetrə çatıb.

Qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün “31 saylı Yol İstismarı” MMC tərəfindən mütəmadi təmizləmə işləri aparılır, qum-duz qarışığı səpilir.

Elektrik enerjisinin, qazın, rabitənin və içməli suyun verilişində fasilələr yaranmayıb.











Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər