22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
Bu tarixdən şagird qəbuluna start veriləcək
Tarix: 19-04-2023 14:57 | Bölmə: Cəmiyyət
Bu tarixdən şagird qəbuluna start veriləcək

Mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.

Reyting.az
xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Uşaqların qeydiyyatı mayın 11-i saat 11.00-dan başlayacaq. Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (15 may saat 11.00), tədris digər dillərdə aparılan bölmələrə uşaqların qəbulu ilə bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat (15-31 may), həmçinin Bakı Avropa liseyi, respublika incəsənət gimnaziyası və bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə I siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat (15 may-27 iyun) mayın 15-i saat 11.00-dan başlayacaq.

Qəbul prosesi ilə bağlı digər mərhələlər barədə əlavə məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər
17-06-2025, 12:54 Sabah yağış yağacaq
16-06-2025, 13:06 Sabah yağış yağacaq
16-06-2025, 10:12 İsmayıllıda hotel yanıb
14-06-2025, 12:36 Sabah yağış yağacaq
13-06-2025, 09:22 Yardımlıda traktor aşıb