18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Ölkə lideri təyyarəsini satıb, indi saatlarla hava limanında gözləyəcək
Tarix: 21-04-2023 18:53 | Bölmə: Cəmiyyət
Ölkə lideri təyyarəsini satıb, indi saatlarla hava limanında gözləyəcək

Meksikanın solçu prezidenti Andres Manuel Lopez Obrador uzun müddətdir ölkədə müzakirələrə səbəb olan prezident təyyarəsinin Tacikistana satıldığını bəyan edib.

Reyting.az
xəbər verir ki, 2012-ci ildə keçmiş prezident Felipe Kalderonun sifariş etdiyi “Boeing 787 Dreamliner” təyyarəsinin 218,7 milyon dollara alındığı açıqlanmışdı.

Xatırladaq ki, dövlət idarəçiliyində qənaət vədi ilə 2018-ci il seçkilərində qalib gələn Obrador xarici səfərlərində planlı təyyarələrdən istifadə edəcəyini deyib. O, yoxsul bir ölkədə lüks təyyarəyə minməyə utandığını bildirib:

“Yetər bu cəfəngiyyat. Təkəbbürlü davranan siyasətçilərin gücü uzun sürməyəcək”.

Meksika lideri bu gün “Twitter”-də paylaşdığı təyyarənin içindən çəkilmiş video ilə dəbdəbəli təyyarəni Tacikistana satdıqlarını açıqlayıb. Tacikistanın təyyarəyə təxminən 92 milyon dollar ödədiyini izah edən Obrador, bu pulla Meksikanın cənubunda 80 çarpayılıq iki xəstəxana tikəcəklərini bildirib.

Obrador paylaşdığı videoda deyib:

“İndi Meksika siyasəti dəyişib. Hamı bilir ki, hakimiyyət əvvəllər firon kimi davranırdı. Artıq belə olmayacaq”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}