18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Naxçıvan-Sədərək yolunda qəza: 7 nəfər xəsarət alıb
Tarix: 23-04-2023 11:18 | Bölmə: Cəmiyyət
Naxçıvan-Sədərək yolunda qəza: 7 nəfər xəsarət alıb

Naxçıvan-Sədərək magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
xəbər verir ki, hadisə bu gün səhər saatlarında magistralın Əliabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarət alıb.

Hadisə zamanı avtomobildə olan Qaraçuq kənd sakinləri 1967-ci il təvəllüdlü Əmrah Novruzov, 1968-ci il təvəllüdlü Gülnar Novruzova, 1991-ci il təvəllüdlü Türkanə Novruzova, Naxçıvan şəhər sakinləri 2010-cu il təvəllüdlü Novruz Allahverdiyev, 2012-ci il təvəllüdlü Ramal Allahverdiyev, Şərur rayon İbadulla kənd sakinləri 1989-cu il təvəllüdlü Orxan Cəlilov və 2014-cü il təvəllüdlü Sevgi Cəlilova yaralanıblar.

Onlar təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı bağlı araşdırma aparılır.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}