Lerikdə elektrik cərəyanı bir ailənin 4 üzvünü vuraraq öldürüb
Tarix: 23-04-2023 14:12 | Bölmə: Cəmiyyət
Lerikdə elektrik cərəyanı bir ailənin 4 üzvünü vuraraq öldürüb

Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lerik rayon prokurorluğundan Reyting.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.




Bölməyə aid digər xəbərlər
28-04-2025, 12:18 Sabah yağış yağacaq
27-04-2025, 12:35 Sabah yağış yağacaq
23-04-2025, 12:45 Sabah yağış yağacaq