18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Biləsuvarda yaşayış binasında partlayış olub, yaralılar var - Foto (Yenilənib)
Tarix: 24-04-2023 23:32 | Bölmə: Cəmiyyət
Biləsuvarda yaşayış binasında partlayış olub, yaralılar var

Biləsuvarda yaşayış binasında partlayış baş verib.

Reyting.az
-ın məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.

İlkin ehtimala görə, partlayışa səbəb qaz sızmasıdır.

Hazırkı vaxtadək dağıntılar altında qalan 2 nəfər şəxs xilas edilərək xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə işləri davam etdirilir.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ağır nəticələrə səbəb olan səhlənkarlıq) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

Biləsuvar şəhəri, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi səbəbindən 2 nəfər (1-i qadın cinsi - 2009-cu il təvəllüdlü, 1-ci kişi cinsi olmaqla - 2013-cü il təvəllüdlü) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Reyting.az
xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, diaqnozları başın və bədən səthinin yanığı, yuxarı tənəffüs yollarının yanığı olan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır olan 2009-cu il təvəllüdlü pasiyentin müalicəsinə tibb müəssisəsində davam edilir.

Vəziyyəti ağır olan 2013-cü il təvəllüdlü pasiyent isə hazırda Bakıda yerləşən müvafiq tibb müəssisəsinə təxliyə edilir.

***

Biləsuvar şəhərində partlayış baş verən binanın sakinləri təxliyyə olunub.

Reyting.az
xəbər verir ki, binada yaşayan 37 ailə rayondakı Olimpiya İdman kompleksinə yerləşdirilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}