Təriqət lideri 1000 nəfəri acından öldürüb - Foto
Tarix: 25-04-2023 14:58 | Bölmə: Cəmiyyət
Təriqət lideri 1000 nəfəri acından öldürüb

Keniyanın Malindi qəsəbəsində tərəfdarlarına “acından ölərək İsa peyğəmbərə qovuşacaqları” vədini verən təriqət lideri həbs edilib.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, təriqət lideri, Beynəlxalq Xoş Xəbər Kilsəsinin rəhbəri Paul Makenzie Ntenqe polisə ifadəsində həzrəti İsanı qarşılamağa gedən ən azı 1000 nəfərin acından öldüyünü deyib.

Hazırda Malindidəki Xoş Xəbər Beynəlxalq Kilsəsi yaxınlığındakı Şakahola meşəsində tapılan cəsədlərin sayının 73-ə çatdığı, 112 nəfərin hələ də itkin düşdüyü və cəsədlərin sayının arta biləcəyi etimal olunur.

Keniya prezidenti Vilyam Ruto təriqətdə baş verənlərin “terrordan fərqli olmadığını” deyib:

“Terrorçular öz iyrənc əməlləri üçün dindən istifadə edirlər. Makenzie kimi kişilər də belə hərəkətlərə yol verirlər. Bu tip kişilərin, digər terrorçuların və cinayətkarların dini yoxdur. Onlar həbsdə olmalıdırlar”.



Aprelin 15-də acından ölən 4 nəfərin cəsədi tapıldıqdan sonra polis təriqətin lideri Ntenqeni saxlayıb. Meşəlik ərazidə aparılan geniş axtarışlar zamanı kütləvi məzarlıqdan onlarla insanın meyiti tapılıb.

Onu da qeyd edək ki, buna qədər keşiş Ntenqe bir neçə şikayət əsasında saxlanılsa da, sərbəst buraxılmışdı.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər