Zaqatala rayon Uşaq İncəsənət Məktəbinin rəhbərliyinə cinayət işi açılıb
Tarix: 26-04-2023 15:19 | Bölmə: Cəmiyyət
Zaqatala rayon Uşaq İncəsənət Məktəbinin rəhbərliyinə cinayət işi açılıb

Təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi açılıb.

Reyting.az
Prokurorluğa istinadla xəbər verir ki, Zaqatala rayon Uşaq İncəsənət Məktəbində aşkar edilmiş qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}