Təhlükəli cinayətkarlar həbsxanadan qaçıb - Foto
Tarix: 25-05-2023 18:09 | Bölmə: Cəmiyyət
Təhlükəli cinayətkarlar həbsxanadan qaçıb

ABŞ-da həbsxanadan qaçan məhbusların ikinci dəfə polisin nəzarətindən yayınmaları rəsmiləri təşvişə salıb. Polis yerli əhaliyə “Qapılarınızı bağlayın”,- xəbərdarlığını edib.

Reyting.az
xəbər verir ki, qatilin həbsxanadan qaçması ABŞ-ın Ohayo və Kentukki ştatlarında təşvişə səbəb olub.

Qaçış xəbəri ABŞ təhlükəsizlik qüvvələrini də narahat edib.

Hendorson polisi məsələ ilə bağlı istintaq başladıldığını və bir çox agentin məsələyə müdaxilə etdiyini bildirib. Eyni zamanda Şimali Ohayo İş Qrupu qaçan məhkumlar haqqında məlumat verən şəxsə 21 min dollar mükafat vəd edib.



Dünən səhər saatlarında Ohayo ştatından qaçan iki məhbusun avtomobili idarə etdiyi barədə polisə məlumat daxil olduqdan sonra qruplar yol nəzarətinə başlayıb. Polis və məhbuslar arasında nəfəs kəsən təqib məhbusların maşını Hendorson bölgəsində qəzaya uğrayana qədər davam edib. Qəzaya düşən avtomobildən piyada qaçmağa çalışan məhkum oğru Li saxlanılıb, qatil Gillespie yenidən qaça bilib.

“Boyu 1,80 metr olan Gillespie 2016-cı ilin sentyabrında 21 yaşlı Hannah Fişer və onun 47 yaşlı sevgilisi Frenk Treysini öldürməkdə təqsirli bilinib. Cütlüyün başından vəhşicəsinə atəş açdığı aşkarlanan qatil ömürlük həbs cəzasına məhkum edilib. Gillespienin cinayətlərinə qətl, oğurluq, narkotik saxlamaq, fərarilik, saxtakarlıq və silahlı hücum kimi cinayətlər daxildir”,- polis bildirib.

Səlahiyyətlilər qaçan şəxsin təhlükəli olduğuna diqqət çəkərək yerli sakinlərdən cinayətkarı görən kimi qapılarını bağlamağı və polisə məlumat vermələrini xahiş ediblər.

ELÇİN





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər