Tramp Merilend ştatına ordu göndərməyə hazırlaşır
Tarix: 25-08-2025 14:31 | Bölmə: Dünya
Tramp Merilend ştatına ordu göndərməyə hazırlaşır

ABŞ prezidenti Donald Tramp Milli Qvardiyanın Vaşinqtona göndərilməsinin nəticələrinin davam etdiyi bir vaxtda yeni açıqlama verib.

Reyting.az
-ın məlumatına görə, prezident Tramp sosial şəbəkə hesabında bildirib ki, Milli Qvardiyanı Merilend ştatının ən böyük şəhəri və cinayət nisbəti yüksək olan Baltimorda da yerləşdirə bilər.

Daha əvvəl təhlükəsizlik təhdidlərini aradan qaldırmaq üçün Çikaqo və Nyu-Yorka Milli Qvardiya göndərməyi düşündüyünü açıqlayan Donald Tramp Merilend qubernatoru Ues Murla mübahisədən sonra Baltimoru bu şəhərlər sırasına daxil edib.

Tramp qeyd edib ki, Baltimor ölkədə cinayət və qətl statistikasına görə dördüncü ən pis şəhərdir.

Qeyd edək ki, qubernator Mur prezident Trampı Vaşinqtonda cinayət və evsizliklə mübarizə üçün federal səlahiyyətlərdən “görünməmiş” şəkildə istifadədə ittiham edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər