Qadın evini təmizləyərkən tank əleyhinə mərmi tapıb
Tarix: 09-02-2026 13:03 | Bölmə: Dünya

Qadın evini təmizləyərkən tank əleyhinə mərmi tapıb

Praqa sakini bu ilin ilk yarısında Çexiyada davam edən silah amnistiyası çərçivəsində oğlunun evində tapdığı tank əleyhinə raketi Lhotka rayon polis bölməsinə gətirib.

Reyting.az-ın məlumatına görə, qadın alış-veriş çantasından mərmini çıxaranda polislər təəccübləniblər.

Yerli sakinin sözlərinə görə, o, mərmini oğlunun evini təmizləyərkən tapıb.

Bildirilir ki, polis bölməyə bomba zərərsizləşdirmə mütəxəssisi çağırıb və binanı ziyarətçilərlə birlikdə tərk edib.

Praqa Polis Departamentinin sözçüsü Yan Rıbnani bildirib ki, Praqa sakinləri artıq 83 silah və 3000-dən çox patron təhvil veriblər.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər