Avropa silahlanmaya 6,8 trilyon avro xərcləməlidir
Tarix: 10-02-2026 17:14 | Bölmə: Dünya

Avropa silahlanmaya 6,8 trilyon avro xərcləməlidir

Avropa Birliyi (AB) ölkələri hərbi xərcləri ümumi daxili məhsulun (ÜDM) 5 faizinə çatdırmaq öhdəliklərini yerinə yetirsələr, 2035-ci ilin sonuna qədər silahlanmaya 6,8 trilyon avro xərcləməlidir.

Reyting.az xəbər verir ki, bunu Strasburqda Avropa Parlamentində çıxış edən Avropa müdafiə və kosmik komissarı Andrius Kubilius bildirib.

Onun sözlərinə görə AB ölkələri NATO öhdəliklərini yerinə yetirsələr, 2035-ci ilin sonuna qədər müdafiəyə 6,8 trilyon avro xərcləməlidirlər.

ELÇİN





Bölməyə aid digər xəbərlər