Ukrayna ordusu yaşayış məntəqəsini azad edib
Tarix: 11-02-2026 17:10 | Bölmə: Dünya

Ukrayna ordusu yaşayış məntəqəsini azad edib

Ukrayna müdafiə qüvvələri Rusiya hərbçilərini Zaporojye bölgəsindəki Kosivtseve kəndindən çıxarmağa nail olublar.

Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 33-cü Ayrı-ayrı Hücum Alayı Telegram”-da məlumat yayıb.

Əvvəllər kənd Rusiya ordusunun nəzarətində olsa da, indi Müdafiə Qüvvələrinin tam nəzarəti altındadır.

Qeyd edilir ki, Kosivtseve kəndi işğalçıların infiltrasiya üçün istifadə etdiyi Ternovate kəndinin yaxınlığında yerləşir. Bu infiltrasiyalar bir neçə nəfərdən ibarət kiçik qruplar şəklində həyata keçirilir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər