Kiyevin mərkəzində partlayış baş verib
Tarix: 12-02-2026 09:12 | Bölmə: Dünya

Kiyevin mərkəzində partlayış baş verib

Ötən gecə Ukraynanın paytaxtı Kiyevdə avtomobil partlayıb.

Reyting.az xəbər verir ki, bu barədə Kiyev hüquq-mühafizə orqanları məlumat yayıb.

Partlayış şəhərin Qoloseyevski rayonunda qeydə alınıb.

Hadisə yerində müstəntiqlər, bomba ekspertləri və təcili yardım xidmətləri çalışır. Mümkün itkilər barədə məlumat dəqiqləşdirilir.

Hadisənin təfərrüatları və partlayışın ilkin səbəbləri hələlik açıqlanmır.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər