İsrail ordusu “Hizbullah”ın rəhbər şəxsini öldürüb
Tarix: 09-02-2026 23:35 | Bölmə: Dünya

İsrail ordusu “Hizbullah”ın rəhbər şəxsini öldürüb

İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda “Hizbullah”ın artilleriya bölməsinin rəhbəri Əhməd Əli Səlaminin öldürüldüyünü elan edib.

Reyting.az xəbər verir ki, İMQ bu gün Yanuxa bölgəsinə hücum etdiyini və “Hizbullah”ın artilleriyasına rəhbərlik edən Əhməd Əli Səlamini öldürdüyünü bildirib.

Qeyd olunur ki, Səlami İsrail əsgərlərinə qarşı çoxsaylı terror hücumlarının iştirakçısıdır və bu yaxınlarda qrupun Livanın cənubunda döyüş qabiliyyətinin bərpasında iştirak edib.

İMQ bəyan edib ki, hücumdan əvvəl mülki şəxslərə dəyən ziyanı minimuma endirmək üçün tədbirlər görülüb, o cümlədən dəqiq sursat və hava nəzarətindən istifadə olunub. Lakin Livan Səhiyyə Nazirliyi üç yaşlı uşaq da daxil olmaqla üç mülki şəxsin ölümü barədə məlumat verib.

ELÇİN





Bölməyə aid digər xəbərlər