Zaxarova: Rus idmançıları Olimpiadada təqibə çağırış isterikadir
Tarix: 16-02-2026 09:00 | Bölmə: Dünya

Zaxarova: Rus idmançıları Olimpiadada təqibə çağırış isterikadir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna prezidenti Vladimir Zelenskinin İtaliyada keçirilən Olimpiya Oyunlarında yarışan rus əsilli idmançıları təqib etmək çağırışını pisləyib.

Reyting.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə M. Zaxarova “Birinci Kanal”da yayımlanan “Böyük oyun” proqramındakı çıxışında bildirib.

Onun sözlərinə görə, Ukrayna lideri ölkələri Olimpiadada iştirak edən rus mənşəli idmançıları “rədd etməyə” çağırıb. Diplomatın fikrincə, bu o demək idi ki, söhbət milli komanda, bayraq, dövlətçilik və ya idmançıların siyasi meyllərindən deyil, onların etnik mənsubiyyəti, mədəni və tarixi keçmişindən gedir: “Bunun adı isə isterikadır”.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər