Keçmiş prezident hava limanında pul dolu çanta ilə saxlanılıb
Tarix: 29-11-2020 14:45 | Bölmə: Dünya
Keçmiş prezident hava limanında pul dolu çanta ilə saxlanılıb

Hondurasın keçmiş prezidenti Manuel Selaya Tonkontin hava limanında 18 min dollarla saxlanılmasının ədalətsiz olduğunu açıqlayıb.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, Selaya pulun ona məxsus olmadığını deyib.

“Bu pulun mənşəyi barədə məlumatım yoxdur. Aydındır ki, kimsə onları mənim əşyalarımın içinə qoyub. Mən 400 dəfə səyahət etmişəm, bu qədər pulla yola çıxmağın mümkün olmadığını bilirəm. Bu pulu mənim əşyalarımın içinə kimlərin atdığını araşdırmaq vacibdir”, - Selaya yerli KİV-ə açıqlamasında deyib.

Hondurasın keçmiş prezidenti, çamadanlarını araşdırdıqdan sonra hava limanındakı immiqrasiya nəzarət məntəqəsində saxlanıldığını söyləyib.

Honduras prokurorluğu isə Selayanın saxlanılmadığını bəyan edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər