17:18 / 23-10-2025
Əfqan Sadıqov həbs olunub
Tramp Qəzza zolağını ziyarət etməyi planlaşdırır
Tarix: 23-10-2025 17:43 | Bölmə: Dünya
Tramp Qəzza zolağını ziyarət etməyi planlaşdırır

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağını ziyarət etməyi planlaşdırdığını bildirib.

Reyting.az
xəbər verir ki, bu barədə “Time” dərgisi yazıb.

Tramp müsahibəsində deyib ki, ABŞ-ın tərəfdaşları Qəzza zolağının bərpası planı üzərində işlədiyi bir vaxtda o, Qəzzanı ziyarət etməyi planlaşdırır.

“Bəli, mən gedəcəyəm. Bilirsiniz, bizim Sülh Şurası adlanan bir qurumumuz var. Məndən bu şuraya rəhbərlik etməyimi xahiş etdilər. Etiraf edim ki, bunu çox da istəmirdim, amma Sülh Şurası çox nüfuzlu bir qrup olacaq və Yaxın Şərqdə böyük təsir gücünə malik olacaq”, - deyə D. Tramp Qəzza zolağına səfər planları ilə bağlı suala cavabında bildirib.

Qeyd olunur ki, Trampın 20 bənddən ibarət sülh planına əsasən, Qəzza zolağına texnokratik və apolitik fələstinli komitədən ibarət müvəqqəti keçid hökuməti rəhbərlik edəcək.

Bu komitə ixtisaslı fələstinlilər və beynəlxalq ekspertlərdən ibarət olacaq, onun fəaliyyətinə nəzarəti isə Trampın rəhbərlik etdiyi yeni beynəlxalq keçid orqanı – Sülh Şurası həyata keçirəcək.

Xatırladaq ki, Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun fikrincə, iki illik müharibədən sonra Qəzza zolağının bərpası və yenidən qurulması təxminən 50 milyard dollara başa gələ bilər.

ELÇİN




Bölməyə aid digər xəbərlər