İrlandiyada uşaq və yeniyetmələr üsyan edir
Tarix: 23-10-2025 07:23 | Bölmə: Xəbərlər / Dünya
İrlandiyada uşaq və yeniyetmələr üsyan edir

İrlandiyanın paytaxtı Dublində uşaq və yeniyetmələr iğtişaşlarda və polislə toqquşmalarda iştirak edirlər.

Reyting.az
xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

İğtişaşların şahidi yeddi-səkkiz yaşlı uşaqların polisə kərpic atdıqlarını gördüyünü deyib.

Kanal həmçinin bildirib ki, yeniyetmələr polis əməkdaşlarına tərəf fişənglər atıblar.

Qarşıdurmada iki polis əməkdaşı yaralanıb, iyirmi üç nəfər həbs edilib.

Daha əvvəl bildirilmişdi ki, etiraz aksiyaları Dublində afrikalı miqrantın on yaşlı qıza təcavüz etməsi xəbərindən sonra başlayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
21-10-2025, 07:48 Ruslar Xarkova hücum edib