Məhbuslar Sarkozidən Qəddafinin qisasını alacaq
Tarix: 24-10-2025 13:23 | Bölmə: Dünya
Məhbuslar Sarkozidən Qəddafinin qisasını alacaq

Fransanın sabiq prezidenti Nikola Sarkozi Liviya lideri Müəmmər Qəddafinin verdiyi vəsaitlə 2007-ci il prezident seçkisi kampaniyasını maliyyələşdirdiyi üçün beş il həbs cəzası alıb və Parisdəki La Sante həbsxanasına göndərilib. Sarkozinin kamerada ilk gününü çətin keçirdiyi bildirilir.

Reyting.az
xəbər verir ki, Sarkozinin cəza çəkdiyi həbsxanaya qaçaqmalçılıq yolu ilə gətirilən telefonlarla qeydə alınan videolarda məhbuslar Fransanın keçmiş liderini lağa qoyur, onu Qəddafinin ölümünə görə qisas almaqla hədələyirlər.

Gecə çəkilmiş bir videoda məhbus "Sarkoya zəng et!" və "Başını göstər!"- deyə qışqırır.

Gündüz çəkilmiş başqa bir videoda naməlum bir məhbus Sarkozinin saxlandığı həbsxana hissəsinə işarə edərək deyir: "Onu pis günlər gözləyir. Ziad Takieddin, biz hər şeyi bilirik. Qəddafinin qisasını alacağıq. Milyardları geri qaytarın".

Qeyd edək ki, Qəddafi ilə Sarkozi arasında vasitəçi olduğu iddia edilən keçmiş Fransa-Livan silah satıcısı Ziad Takieddin sentyabr ayında ona qarşı irəli sürülən ittihamlardan sonra ölüb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər