17:18 / 23-10-2025
Əfqan Sadıqov həbs olunub
ABŞ və Çin liderlərinin görüş yeri və vaxtı bəlli olub
Tarix: 23-10-2025 22:26 | Bölmə: Dünya
ABŞ və Çin liderlərinin görüş yeri və vaxtı bəlli olub

ABŞ prezidenti Donald Tramp oktyabrın 30-da Cənubi Koreyada Çin lideri Si Cinpinlə görüşəcək.

Reyting.az
bildirir ki, bu barədə Ağ evin sözçüsü Kerolayn Livitt məlumat verib.

“Cümə axşamı yerli vaxtla səhər saatlarında prezident Tramp Çin lideri Si Cinpinlə ikitərəfli görüşdə iştirak edəcək”,- Livitt deyib.

Livitt həmçinin əlavə edib ki, Çin lideri ilə görüş ABŞ prezidentinin ASEAN sammitində iştirak edəcəyi Malayziya, Yaponiya və Cənubi Koreyaya səfərləri əhatə edən Asiya turunun yekununda baş tutacaq.(APA)




Bölməyə aid digər xəbərlər