13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
İsrail İranı hədələyib
Tarix: 03-06-2022 15:44 | Bölmə: Dünya
İsrail İranı hədələyib

İsrail İrana qarşı özünümüdafiə hüququnu özündə saxlayır.

Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Qrossi ilə görüşdən sonra İsrail Baş naziri Naftali Bennetin ofisinin yaydığı bəyanatda bildirilib.

“Baş nazir Bennet İranın yalan məlumatlardan istifadə edərək, beynəlxalq ictimaiyyəti aldatmaqla nüvə silahına nail olmaq yolunda davam edən tərəqqisi ilə bağlı İsrailin dərin narahatlığını ifadə edib. Baş nazir Bennet, İranın nüvə silahına nail olmasının qarşısını almaq üçün bütün vasitələrdən istifadə edərək, beynəlxalq ictimaiyyətin İrana qarşı hərəkətə keçməsinə təcili ehtiyac olduğunu vurğulayıb. Baş nazir həmçinin, AEBA-nın İranla bağlı mandatını peşəkar və müstəqil şəkildə yerinə yetirməsinin və AEBA-nın İdarə Heyətinin qərarında İrana aydın və birmənalı mesaj verməsinin vacibliyini qeyd edib”, - qeyd olunub.

İsrail Baş naziri vurğulayıb ki, İranın nüvə silahına nail olmaq imkanının qarşısının alınmasında İsrail diplomatiyaya üstünlük versə də, beynəlxalq ictimaiyyət müvafiq müddət ərzində bunu edə bilməsə, İsrail özünümüdafiə və İrana qarşı nüvə proqramını dayandırmaq üçün hərəkətə keçmək hüququnu özündə saxlayır/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər