İranda PUA hazırlayan alim öldürülüb?
Tarix: 04-06-2022 17:35 | Bölmə: Dünya
İranda PUA hazırlayan alim öldürülüb?

İranda aerokosmik texnika və aeronavtika sahəsində tanınmış alim və pilotsuz uçan aparatların hazırlanması ilə məşğul olan doktor Əyyub Ənsarinin meyiti aşkarlanıb.

Məlumatı İran KİV-i yayıb.

İlkin məlumata əsasən, alim “qidadan zəhərlənərək” ölüb. Əyyub Ənsarinin zəhərləndiyi ehtimal edilir.

Onun ölümündə İsrail MOSSAD-ının adı da hallanır. Ancaq rəsmi Tehran hadisə ilə bağlı hələ ki açıqlama verməyib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}