13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Bidzina İvanişvili sanksiya təhülükəsi ilə üzləşib
Tarix: 07-06-2022 13:55 | Bölmə: Dünya
Bidzina İvanişvili sanksiya təhülükəsi ilə üzləşib

Avropa Parlamenti Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının təsisçisi, ölkənin keçmiş baş naziri (2012-2013) Bidzina İvanişviliyə sanksiya tətbiq edə bilər.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, qətnamə layihəsini parlamentin ən iri fraksiyası olan Avropa Xalq Partiyası hazırlayıb.

Sənəddə qeyd olunub ki, B.İvanişvili Gürcüstanın demokratik sistemini sarsıdır və bu səbəbdən ona fərdi sanksiyaların tətbiqi təklif edilir.

Qətnamə müəllifləri Gürcüstanda KİV azadlığı və jurnalistlərin təhlükəsizliyi məsələlərinə də toxunublar. Ötən il iyulun 5-də LGBT əleyhdarlarının Tbilisidə törətdikləri iğtişaşlar zamanı media nümayəndələrinin xəsarət alması, müxalif “Mtavari arxi” telekanalının baş direktoru Nika Qvaramiyanın həbsi də xatırlanıb.

Sənəddə həmçinin Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin həbsdən azad edilməsinə çağırış da yer alıb.

Qətnamə layihəsi ilə bağlı debatlar iyunun 8-də keçiriləcək, qərarın qəbulu üzrə səsvermə isə iyunun 9-da olacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər