13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Lavrov: “KTMT-nin inkişafı NATO ölkələrinin xoşuna gəlmir”
Tarix: 08-06-2022 11:52 | Bölmə: Dünya
Lavrov: “KTMT-nin inkişafı NATO ölkələrinin xoşuna gəlmir”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) inkişafı Şimali Atlantika Alyansı ölkələrinin xoşuna gəlmir”.

Məlumata görə, bunu “KTMT müttəfiqləri - 30 il kollektiv təhlükəsizliyin keşiyində” filminə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“KTMT praktiki həyatda həqiqətən yaranan ehtiyaclardan asılı olaraq inkişaf edəcək. NATO-dakı həmkarlarımız da daxil olmaqla, təşkilatın inkişafı hamının xoşuna gəlmir”, - deyə o bildirib.

Nazir xatırladıb ki, 2000-ci illərin ortalarından KTMT, o cümlədən iştirakçı ölkələrin prezidentləri səviyyəsində NATO-ya Avro-Atlantikada, regionda ilk növbədə ATƏT çərçivəsində təhlükəsizliyin qorunmasının müəyyən sahələrində məsləhətləşmələr, məlumat mübadiləsi, qarşılıqlı fəaliyyət mexanizmlərinin yaradılmasını təklif edib: “NATO-çular başqa ölkələrə və strukturlara təkəbbürlə yanaşmaqda davam edirlər - bu müraciətlərə məhəl qoymadılar. İndi ATƏT-in sammitlərində təhlükəsizliyin bölünməzliyinin təmin edilməsi ilə bağlı qərarların necə həyata keçiriləcəyi ilə bağlı qızğın müzakirə gedir. Bu, qoyduğumuz əsas suallardan biridir. NATO ölkələrinin bütün prezidentləri və hökumət başçıları tərəfindən imzalanan təhlükəsizliyin bölünməzliyi düsturu başqa şeylərlə yanaşı, hər hansı bir ölkənin, bir qrup ölkə və ya hər hansı təşkilatın Avro-Atlantika regionunda dominant rola iddia etmək cəhdlərinin rədd edilməsini nəzərdə tutur”, - deyə Rusiya XİN başçısı əlavə edib.

Lavrov həmçinin əmin olduğunu bildirib ki, regionda təhlükəsizliklə bağlı müzakirələr və təşəbbüslər irəlilədikcə KTMT-nin nüfuzu daha da əhəmiyyətli olacaq. Nazirin sözlərinə görə, KTMT digər beynəlxalq təşkilatların, o cümlədən sülhməramlılıq sahəsində təcrübəsindən maksimum istifadə edir: “KTMT-nin beynəlxalq nüfuzu təşkilatın əldə etdiyi nailiyyətlərin və onun həyat qabiliyyətinin tanınmasının sübutudur”/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər