09:14 / 21-06-2025
Muğam müsabiqəsinin qalibləri məlum olub - Siyahı
09:04 / 21-06-2025
Vəkili pop-ulduzun narahatlığının səbəbini açıqlayıb
08:58 / 21-06-2025
Hərbi gəmiləri batırmağa hazırlaşırlar
08:52 / 21-06-2025
İranın hərbi obyektlərinə zərbələr endirilib
08:46 / 21-06-2025
İstanbulda Paşinyana dialoqu xatırladıblar
08:33 / 21-06-2025
Parlament rəhbəri sülh müqaviləsinin bağlanacağı vaxtı açıqlayıb
08:26 / 21-06-2025
ABŞ İranda rəhbərliyi dəyişmək istəyir
08:19 / 21-06-2025
Nebenzya: “Bu, Rusiyanın Kiyevə ən yaxşı təklifidir”
08:08 / 21-06-2025
Koronavirusun yeni ştammı asanlıqla yayılır
07:22 / 21-06-2025
Bu gün Bakıda UFC turniri keçiriləcək
07:13 / 21-06-2025
Azərbaycanda yay fəsli başlayıb
22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
21:13 / 20-06-2025
Avropa Rusiya qazından imtinaya görə 200 milyard avro itirib
20:06 / 20-06-2025
Paşinyan Türkiyədə Ərdoğanla görüşüb - (Yenilənib) - Foto
19:40 / 20-06-2025
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
19:30 / 20-06-2025
Daha bir hərbi qarşıdurma riski yaranır - Xəbərdarlıq
19:03 / 20-06-2025
Vitse-qubernator güllə yarasından ölüb
18:56 / 20-06-2025
İsveçrə səfirliyinin əməkdaşları Azərbaycana təxliyə edilib
18:29 / 20-06-2025
Bugünkü sertifikasiyada 3 300 müəllim istirak edib
18:23 / 20-06-2025
Putin: Rusiya Avropada birinci, dünyada dördüncüdür
18:09 / 20-06-2025
Paşinyan İstanbulda erməni icmasının nümayəndələri ilə görüşüb
17:58 / 20-06-2025
Hacı Vəliyev haqqında həbs qətimkan tədbirinin müddəti uzadılıb
17:39 / 20-06-2025
Növbəti depozit hərracı keçirilib
17:28 / 20-06-2025
DTX əməliyyat keçirib: icra başçısı və müavinləri saxlanılıb - (Yenilənib)
17:15 / 20-06-2025
İcra başçısından Musa Şəkiliyevin həbsinə reaksiya: "Siz Qaxa zəng edin"
16:52 / 20-06-2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
16:32 / 20-06-2025
“Abzas Media” işi üzrə həbs olunanlara hökm oxunub - Siyahı
16:28 / 20-06-2025
Ceyhun Bayramov Kaya Kallasla telefonda danışıb
16:26 / 20-06-2025
Professor: İraq ssenarisi İranda təkrar olunur
16:22 / 20-06-2025
Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçilib
10:23 / 19-06-2025

11:37 / 16-06-2025

22:59 / 17-06-2025

11:06 / 16-06-2025

09:58 / 16-06-2025

11:30 / 18-06-2025

12:35 / 16-06-2025

16:03 / 17-06-2025

11:19 / 17-06-2025

12:34 / 18-06-2025

07:02 / 17-06-2025

10:52 / 18-06-2025

Makron Ukrayna ilə riskli oyun oynayır
Tarix: 10-06-2022 09:10 | Bölmə: Dünya

Böyük Britaniyanın Mİ-6 xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəri Con Soersin “Financial Times” qəzetində “Makron Ukrayna ilə riskli oyun oynayır” başlıqlı məqaləsi dərc olunub.
Məqalədə qeyd olunur ki, Qərbin Ukrayna müharibəsində iki məqsədi var: Ukraynanın suverenliyini qorumaq və gələcəkdə Rusiyanı Avropa ölkələrinə oxşar hücumlardan çəkindirmək.
Ancaq hazırda Donbasda elə idbar hərbi əməliyyatlar aparılır ki, bu döyüşlərə son qoya biləcək istənilən addımı dəstəkləmək yerinə düşərdi.
Fransa prezidenti Emmanuel Makronun Rusiyanı işğala görə təhqiramiz vəziyyətə salmamaq, alçaltmamaq barədə çağırışı və tez bir zamanda sülhə nail olmaq təşəbbüsü, eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenskinin bu açıqlamaya soyuq reaksiyası təəccüb doğurmur.
Problem ondadır ki, hazırda atəşkəs elan olunsa, bu, Rusiyanın hərbi qələbəsi kimi qeyd ediləcək. Rusiya prezidenti Vladimir Putinin geri çəkilməyə razılaşacağına inanmaq üçün heç bir əsas yoxdur. Çünki işğalçılar zəbt etdikləri əraziləri “ruslaşdırmaqla”, həmin bölgələrdə məktəbləri rus məktəblərinə çevirməklə, yerli mediaya nəzarəti ələ keçirməklə, yerli hakimiyyət oqranlarına marionet fiqurlar təyin etməklə məşğuldur.
Putin artıq atəşkəs oyununu oynayıb. 2008-ci ildə Fransa prezidenti Nikola Sarkozinin təşəbbüsü, vasitəçiliyi nəticəsində Gürcüstanla Rusiya arasında atəşkəs əldə olundu. Bu atəşkəs Gürcüstanın iki bölgəsini işğal edən rus qoşunlarının həmin ərazilərdən çıxması hesabına baş verdi. Amma Gürcüstan o vaxtdan nə ərazi bütövlüyünü, nə də tam suverenliyini bərpa edə bilib.
Eyni vəziyyət 2014-cü ildə Ukraynada yaradıldı. Ukraynanın Rusiyayönlü hökuməti xalq etirazları qarşısında süqut etdikdən sonra rus qoşunları Krımı və Donbasın bir hissəsini zəbt etdi. Sarkozinin varisi Fransua Olland və Almaniyanın o zamankı kansleri Angela Merkel Vladimir Putinlə belə razılığa gəldilər ki, Donbasla bağlı Rusiya ilə dostcasına danışıqlar prosesi getsin, Krıma kimin nəzarət etməli olduğuna isə toxunulmasın. Məsələnin belə qoyuluşu Ukraynanın o dövrkü inadkar prezidentinin təkidinin nəticəsi idi və bu, Rusiyaya yenə hərbi qələbəsini elan etməyə imkan verməmişdi.
Bu gün Ukrayna liderləri mübarizəni davam etdirmək niyyətindədirlər və qəti şəkildə atəşkəs istəmirlər. Çünki atəşkəs Rusiyanın hərbi hücumunun kulminasiya nöqtəsi ola bilər.
Makronun Putini aşağılamamaq çağırışının kökündə duran məqsəd aydın deyil. Bu yaxınlarda ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Ukrayna üzrə sülh prosesinin hazırlanmasını təklif edib.
Ukrayna liderləri belə çağırışlara ehtiyatla yanaşırlar. Çünki bu, vaxtından qabaq atəşkəs elan etmək məqsədi güdən siyasətin növbəti raundu ola və Ukraynanı sarsıtmaq bahasına Putinin simasını xilas etməyə yönələ bilər.
Putinin mövqeyi barədə nə demək olar? Müharibənin ilk həftəsindən onun işğala başlamaqda böyük səhvə yol verdiyi bəllidir. Putinin təhlükəsizlik sahəsinə cavabdeh məmurları ona səcdə edə-edə dəstək verir və bir çoxları onun Ukraynanı ram etmək cəhdinə şərik çıxır.
Ancaq gec-tez onlar da Putinin Rusiyanın maraqlarına zərbə vurduğunu görəcəklər. Nə qədər ki, Putin hakimiyyətdədir, Rusiya iqtisadiyyatı sanksiyalar altında qalacaq. Avropa tədricən Rusiyanın enerji daşıyıcılarından asılılığına son qoyacaq və bir daha bu boyunduruğa qayıtmayacaq. Putinin ətrafındakı adamlar qanunsuz yolla əldə etdikləri sərvətlərdən yararlana bilməyəcəklər. Yekunda Putinin mövqeyi zəifləyəcək. Uğursuz müharibə hökmdarın gücünü artırmır.
Hansısa məqamda Putin aradan götürülə də bilər, hərçənd mən bunun tezliklə baş verəcəyinə inanmıram. Rusiya liderinin təhlükəsizlik sahəsinə cavabdeh məmurların fəal dəstəyinə ehtiyacı var. Ancaq Ukraynadakı uğursuzluqlar onun rejiminin iki sütununü – Federal Təhlükəsizlik Bürosunu (“KQB”nin varisi) və ordunu ağır ittihamlar girdabına salıb. Rusiyanın köhnə üslubudur: bəzi rəhbər şəxslər vəzifədən uzaqlaşdırıla, qurban verilə bilər. Amma kütləvi narazılıqların və fərdi tənqidlərin baş qaldırmasının qarşısını almaq çətin olar.
Ukrayna Rusiyanı məğlub etməyə çağırır. Məğlubiyyət dedikdə konkret nəyin nəzərdə tutulduğu tam aydın deyil, amma aydın olan odur ki, bu çağırış Makronun Putini alçaltmamaq ideyasına ziddir.
Fransa Ukraynaya mühüm hərbi dəstək verir və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarını müdafiə edir. Amma müharibənin başlanmasından 100 gündən çox keçsə də, Makronun Kiyevə səfər etməyə vaxt tapmaması, eyni zamanda Putinlə tez-tez telefon əlaqəsi saxlaması təəccüb doğurur.
Rusiyanı ən könülsüz tərk edən Fransa şirkətləri olub. Bəlkə də onlar ümid bəsləyiblər ki, Rusiyada qalsalar gələcəkdə bunun bəhrəsini görə bilərlər. Ona görə Ukrayna rəhbərliyinin Makronun niyyətindən ehtiyatlanmasına təəccüb etmək lazım deyil.
Avropa diplomatiyasının növbəti raundunda da Rusiya Ukraynada hərbi uğurlar qazansa, Putin öz ölkəsində siyasi nüfuzunu möhkəmlədəcək və gələcəkdə yeni hərbi avantüralar üçün özündə güc duyacaq.
Ukraynalılar savaşı davam etdirmək istəyirlər və onların bizim müasir silahlara, Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyimizə, yəni dəstəyi davam etdirməyimizə ehtiyacı var. Bu, qanlı müharibənin daha bir neçə ay uzanması deməkdir. Amma vaxtından əvvəl atəşkəs elan olunsa, Putin qələbəni məğlubiyyətin cəngindən çəkib çıxara bilər. Heç bir Qərb lideri Putinin yardımçısına çevrilməməlidir.(Novator.az)
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 08:19
Nebenzya: “Bu, Rusiyanın Kiyevə ən yaxşı təklifidir”
Dünən, 19:03
Vitse-qubernator güllə yarasından ölüb
Dünən, 15:28
Çin İrana ciddi dəstək verə bilmir
Dünən, 13:07
Peskov: İsrail Xamnəini öldürərsə...
Dünən, 07:33
Əgər Tramp qərar versə...
19-06-2025, 18:32
İran kaset bombasından istifadə edib
19-06-2025, 18:24
Ukrayna prezidentini Brüsselə çağırıblar
19-06-2025, 17:13
Putin Çin lideri ilə İsrail-İran müharibəsini müzakirə edib
19-06-2025, 16:55
İran ABŞ bazalarını vurmağa hazırlaşır
19-06-2025, 15:29
ŞƏT-in sammiti Çində keçiriləcək
19-06-2025, 14:36
İrana 13 tonluq superbomba ata bilərlər
19-06-2025, 11:15
İğdır valisi Ermənistanla sərhəddəki hərbi hissələrə baş çəkib
19-06-2025, 10:56
Rus ordusu hücum üçün yeni prioritet seçib
19-06-2025, 07:56
Xokkaydo sahillərində zəlzələ baş verib
18-06-2025, 20:55
İsrail İran liderinin bunkeri olan ərazini bombalayıb
18-06-2025, 17:09
ABŞ prezidenti Ukrayna rəsmilərini qəzəbləndirib
18-06-2025, 16:01
Natanz nüvə obyektində sızma var
18-06-2025, 15:31
İsrail Yaxın Şərqdə hegemon dövlətə çevrilir
18-06-2025, 11:17
Kiyevə kütləvi hücum: qurbanların sayı artır - Foto
18-06-2025, 11:00
İran İsrailin “F-35” təyyarəsini vurub
18-06-2025, 09:22
Putinin qohumlarına və Yeltsinin qızına sanksiya tətbiq ediblər
18-06-2025, 08:24
Jirinovskinin nüvə müharibəsi ilə bağlı münəccimliyi...
18-06-2025, 08:14
İsrail Tehrana zərbələrini davam etdirir
17-06-2025, 16:37
Ukrayna daha 428 hava hədəfini zərərsizləşdirib
17-06-2025, 14:57
Katz Xamnəini hədələyir: “Axırın Səddamın axırı kimi olacaq”
17-06-2025, 12:50
İki neft tankeri toqquşub
17-06-2025, 10:23
HƏMAS Rusiyanı İsrailə təsir göstərməyə çağırır
17-06-2025, 09:40
İran nüvə silahları ilə bağlı müqavilədən çıxa bilər
17-06-2025, 08:17
Varşava preventiv tədbirlərə əl atır
16-06-2025, 14:07
İran prezidenti: "İran nüvə silahı hazırlamaq niyyətində deyil"
16-06-2025, 12:20
İran hipersəs raketlərindən istifadə edir
16-06-2025, 10:38
İran İsrailə məxsus təyyarəni vurub
15-06-2025, 08:50
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
13-06-2025, 18:23
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
13-06-2025, 18:05
Təl-Əvivdə kritik görüş başlayır
13-06-2025, 12:22
“Mossad” agentləri İran ərazisində PUA bazası qurublar
13-06-2025, 12:11
İran BMT TŞ-dan fövqəladə iclas tələb edir
13-06-2025, 11:02
İsrail İranda 60 məkana zərbələr endirib
13-06-2025, 10:29
İran nüvə danışıqlarını dayandırıb
13-06-2025, 09:05
İranın Ali Rəhbəri ölən generalların yerinə müvəqqəti təyinat edib
13-06-2025, 08:01
Mariya Zaxarovanın ironiyası...
12-06-2025, 19:22
Almaniya Ukraynanın silahlanmasına əlavə vəsait ayıracaq
12-06-2025, 18:33
Fransa İranın nüvə eskalasiyasını pisləyir
12-06-2025, 15:50
Donald Tramp etirazçıları hədələyir
12-06-2025, 14:57
İran AEBA-nın qətnaməni pisləyib
12-06-2025, 13:28
Müxalifətin baş naziri devirmək cəhdi uğursuz olub
12-06-2025, 11:49
Baş Qərargah: İndiyə qədər bir milyon rus hərbçisi zərərsizləşdirilib