Hindistanda daşqınlar səbəbindən 71 nəfər ölüb
Tarix: 20-06-2022 09:09 | Bölmə: Dünya
Hindistanda daşqınlar səbəbindən 71 nəfər ölüb

Hindistanın Assam ştatında baş verən daşqınlar 71 sakinin ölümünə səbəb olub. Reyting.az xəbər verir ki, bunu Hindistanın Fəlakətlərlə Mübarizə İdarəsi bildirib.

Məlumata görə, təbii fəlakət zamanı həmçinin 4 228 100 insan zərər çəkib.

Daşqınların səbəbi leysan yağışlardır, buna görə də Brahmaputra çayı və onun qolları məcrasından çıxıb. Ən çox insan itkisi, dağıntılar Assam və Meqalaya ştatlarında qeydə alınıb.

Meteoroloqlar Hindistanın şimal-şərq hissəsində musson leysanlarının azı daha 48 saat davam edəcəyini proqnozlaşdırırlar.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}