Erməni silahlılarının Xocalıda səngər qazmasının qarşısı alınıb
Tarix: 15-09-2023 11:08 | Bölmə: Gündəm
Erməni silahlılarının Xocalıda səngər qazmasının qarşısı alınıb

Sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}