Prezidentliyə namizədlər İlham Əliyevə zəng ediblər
Tarix: 08-02-2024 14:18 | Bölmə: Gündəm
Prezidentliyə namizədlər İlham Əliyevə zəng ediblər

Prezidentliyə namizədlər Zahid Oruc və Qüdrət Həsənquliyev İlham Əliyevə zəng ediblər.

Reyting.az
xəbər verir ki, hər iki namizəd İlham Əliyevi qələbə münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıblar.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.

Azərbaycanın hazırkı prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər