“Qara qutu” tapılsa da, pilotdan xəbər yoxdur – Qabil Hüseynli
Tarix: 19-08-2019 18:23 | Bölmə: Gündəm
“Qara qutu” tapılsa da, pilotdan xəbər yoxdur – Qabil Hüseynli

"Hələ ki, məlumat vermirlər, biz də xəbər gözləyirik”.

Reyting.az xəbər verir ki, Müdafiə Nazirliyi iyulun 24-də qəzaya uğramış "MiQ-29" hərbi təyyarəsinin “qara qutu”sunun tapılaraq, dənizdən çıxarıldığını açıqlayıb.

Bunula belə, hərbi təyyarənin “qara qutu”su tapılsa da, “MiQ-29”-un pilotu Rəşad Atakişiyevdən isə hələ də heç bir xəbər yoxdur.

Pilotun axtarışları ilə bağlı Yenicag.az-a danışan Rəşad Atakişiyevin qaynatası, sabiq dövlət müşaviri Qabil Hüseynli bu məsələ ilə bağlı yeniliyin olmadığını deyib: “Pilot barədə heç bir məlumat vermirlər. Biz də xəbər gözləyirik”.

Qeyd edək ki, "MİQ-29" hərbi təyyarəsi iyulun 24-də keçirilən gecə, təlim uçuşu zamanı qəzaya uğrayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}