20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
1447 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Tarix: 23-01-2020 17:32 | Bölmə: Gündəm
1447 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib: “Onlardan 2247 nəfər imza vərəqələrini artıq götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb, 1447 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər