20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Gürcüstan və Azərbaycanın XİN başçıları koronavirusu müzakirə ediblər
Tarix: 27-02-2020 16:25 | Bölmə: Gündəm
Gürcüstan və Azərbaycanın XİN başçıları koronavirusu müzakirə ediblər

“Gürcüstan koronavirusla bağlı tərəfdaş ölkələrlə daimi əlaqədədir”.

Bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

O deyib ki, Gürcüstan XİN virusun ölkə ərazisində yayılmasının qarşısını almaq üçün bütün qurumlarla birgə koordinasiya formasında iş aparır: “Bütün dünya bu mübarizə üçün birləşib. Bu gün azərbaycanlı həmkarımla danışığım baş tutub. Mən erməni, iran və türkiyəli həmkarlarımla da əlaqə saxlayıram. Biz tərəfdaşlarımızı Gürcüstanda virusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlandırırıq. Qarşı tərəfdən də eyni məlumatları alırıq”. 

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər