18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
İlham Əliyev Belarusun dövlət başçısına məktub göndərib
Tarix: 02-07-2020 16:40 | Bölmə: Gündəm
İlham Əliyev Belarusun dövlət başçısına məktub göndərib

Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Zati-aliləri Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli Aleksandr Qriqoryeviç.

Sizi və Sizin şəxsinizdə bütün qardaş Belarus xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə həyata keçirilən ardıcıl dəyişikliklər və struktur islahatları ölkənizin sosial-iqtisadi inkişafında, vətəndaşların rifahının təmin edilməsində yüksək nəticələr qazanılması üçün etibarlı təməl olub.

Azərbaycan və Belarus xalqlarını tarixən formalaşmış dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək münasibətləri birləşdirir. Sevindirici haldır ki, dövlətlərarası konstruktiv dialoq ildən-ilə daha məzmunlu və dinamik olur.

Əminəm ki, ənənəvi dostluq əlaqələrinin hərtərəfli inkişafı və möhkəmlənməsi, habelə çoxplanlı Azərbaycan-Belarus qarşılıqlı əlaqələrinin sanballı potensialından istifadə edilməsi bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcək.

Hörmətli Aleksandr Qriqoryeviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Belarus Respublikasına isə firavanlıq və əmin-amanlıq arzu edirəm".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər