18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
İlham Əliyev Əfqanıstanın dövlət başçısına məktub göndərib
Tarix: 18-08-2020 15:55 | Bölmə: Gündəm
İlham Əliyev Əfqanıstanın dövlət başçısına məktub göndərib

Prezident İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Əşrəf Qaniyə məktub ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Əfqanıstan dostluq və tərəfdaşlıq münasibətləri, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrimiz bundan sonra da xalqlarımızın rifahı naminə genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Əfqanıstan xalqına daim firavanlıq və əmin-amanlıq arzulayıram".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər