18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Əli Əsədov Müşahidə Şurasının tərkibini təsdiqləyib - Siyahı
Tarix: 21-08-2020 16:56 | Bölmə: Gündəm
Əli Əsədov Müşahidə Şurasının tərkibini təsdiqləyib

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurası təsdiq edilib.

Reyting.az
-ın xəbərinə görə, bununla bağlı müvafiq sərəncamı Baş Nazir Əli Əsədov imzalayıb.

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilib:

Şuranın sədri

Möhsün Nağısoylu - Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik

Şuranın üzvləri:

Aslan Aslanov - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri

Bəxtiyar Sadıqov - “Azərbaycan” qəzetinin baş redaktoru

Nizami Cəfərov - Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik

Mahirə Hüseynova - Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor.

Sərəncam imzalandığı gündən qüvvəyə minib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər